“SSRİ sərhədləri daxilində yeni “ittifaq” yarana bilər”

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov keçmiş Sovet İttifaqının sərhədləri daxilində yeni “Birliy”in yarana biləcəyini mümkün hesab edir.
Bunu o, SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı TASS-a verdiyi müsahibəsində bildirib.
Qorbaçov “Sovet İttifaqının bərpası mümkündürmü?” sualına belə cavab verib:
“Sovet İttifaqı – xeyir, amma İttifaq – bəli. Əvvəlki sərhədlər daxilində və həmin tərkibdə, könüllü olaraq … Mən hesab edirəm ki, yeni İttifaq mümkündür”.