SWIFT kiberhücum təhlükəsi haqqında xəbərdarlıq edib

SWIFT bank sistemlərinə kiber hücumların artacağı təhlükəsi barədə xəbərdarlıq edib.  

Reuters xəbər agentliyinin əldə etdiyi, 2 noyabr tarixli məktubunda şirkət müştərilərinə xəbərdarlıq edir.

Məktubda bildirilir ki, xakerlər yerli bank sistemlərini ələ keçirmə üsullarını öyrəniblər. Kiberhücumlar komputerlərin texniki dəstəyinə giriş əldə etməyə imkan verən proqram təminatı vasitəsilə həyata keçirilir.

Şirkətin baş direktoru Gottfried Leibbrant detalları açıqlamadan hücumların “ciddi” olduğunu vurğulayıb. Onun sözlərinə görə müştəri sistemlərinə çoxsaylı hücumlar qeydə alınıb.