“Time” jurnalı ilin ən yaxşı 10 fotosunu seçib

“Time” jurnalı 2016-cı ilin ən yaxşı 10 fotosunu seçib.
Fotoları təqdim edirik:
ABŞ-da 37 yaşlı qaradərili Alton Sterling-in iki polis tərəfindən vurularaq öldürülməsinə etiraz edən Ieshia Evans təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmədən dərhal əvvəl Jonathan Bachman tərəfindən görüntülənir (09/07/2016)
Türkiyədə 15 iyulda baş verən hərbi çevrilişə cəhdin ardından 15 İyul Şəhidlər körpüsündə təslim olan əsgərlər (16/07/2016)
Hələbdə rejim tərəfindən təşkil edilən hava hücumunda qohumunu itirən kiçik uşaq yaxınları tərəfindən təsəlli edilməyə çalışılır (27/04/2016 Karim al Masri-AFP)
6 yaşındakı Jimji, Filippinin paytaxtı Manilada öldürülən atasının qəbri başında ağlayarkən Daniel Berehulak tərəfindən görüntülənir. (09/10/2016)
ABŞ prezidenti Barack Obama, Kubanın paytaxtı Havanaya tarixi səfərini reallaşdırarkən (20/03/2016)
Liviya sahillərində qurtulmağı gözləyən qaçqınlar (04/11/2016)
Yunanıstan-Makedoniya sərhədində, yağışdan qorunmağa çalışaraq, yemək növbəsinə girən qaçqınlar (12/03/2016)
ABŞ seçkilərindən əvvəl Respublikaçıların namizədi Donald Trump Greenville-də (06/09/2016)
Rekordçu atlet Usain Bolt, Rio-de-Janeyro 100 metr kişilər yarı finalında yarışarkən (14/08/2016)
ABŞ-ın şərq sahillərini təsiri altına alan böyük qar fırtınası Beynəlxalq Kosmos Stansiyasında belə göstərilib (23/01/2016)