Türk nazir: “İŞİD-in videosunun doğru olub-olmadığını bilmirik”

“Mənim ətraflı məlumatım yoxdur. Gerçək olub-olmadığını bilmirik. Xüsusən virtual aləmdə çoxlu manipulyasiyalara yol verildiyi məlumdur”.
APA-nın “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İŞİD-in yaydığı video ilə bağlı jurnalistlərin sualına cavabında Türkiyənin inkişaf naziri Lütfi Əlvan deyib.
Müdafiə naziri Fikri İşıq da video ilə bağlı konkret fikir söyləməyib. “İndiyə qədər 3 əsgərimizin İŞİD-in əlində olduğunu bilirik. Digər məlumatlar təsdiqlənmiş məlumatlar deyil”, – deyə o, söyləyib.
Müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə hökumətdən bu məsələ ilə bağlı konkret açıqlama tələb edib. CHP millət vəkilləri də öz növbələrində müdafiə nazirinə yazılı sorğu ilə müraciət ediblər.
Xatırladaq ki, İŞİD terror qruplaşması 2 türk əsgərinin diri-diri yandırıldığı barədə video yayıb.
Əvvəlki məqalə2017-ci ildə ABŞ-ın hərbi xərcləri 619 milyard dollar təşkil edəcək
Növbəti məqalədəBMT İsraildən Fələstində yaşayış məskənləri inşa etməməyi tələb edib