Türkiyədə baş verən partlayışda həlak olanların sayı 38-ə çatıb

Dünən İstanbul şəhərində baş verən iki terror hadisəsi nəticəsində ölənlərin sayı 38-ə çatıb.
Rəsmi açıqlamaya görə, onlardan 30-u polis, 7-si dinc sakindir. 155 yaralı var. Onlardan 14-nün durumu ağırdır.
Hadisə ilə bağlı geniş məlumat bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu tərəfindən verilib. Nazir terrorun PKK tərəfindən törədildiyi haqda şübhələrinin olduğunu qeyd edib.
İstanbulun “Beşiktaş” klubuna məxsus olan Vodofone Arenanın qarşısında meydana gələn partlayışla bağlı 13 nəfər saxlanılıb.
Xatırladaq ki, terror hadisəsi dünən saat 22. 29 radələrində, “Beşiktaş” – “Bursaspor” matçı bitəndən sonra baş verib.