Valyuta hərracında dollar 1.74-ü keçdi

Bu gün Mərkəzi Bank (MB) Dövlət Neft Fondu ilə birgə növbəti ikitərəfli valyuta hərracı keçirib.
MB-dən verilən məlumata əsasən, hərrac 1 ABŞ dolları üçün 1,7369 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7414 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,26% təşkil edib.