Valyuta hərracında dollar yenə qalxdı

Mərkəzi Bankın valyuta hərracında dollar yenə bahalaşıb. Turan-ın məlumatına görə, hərrac 1 dollar üçün 1,7525 manat məzənnəsi ilə başlayıb və 1.7570 manat məzənnəsi ilə başa çatıb.
Mərkəzi Bankın informasiya siyasətinin qeyri-şəffaf olması ilə əlaqədar xarici valyutanın tələb və təklif həcmini aydınlaşdırmaq mümkün deyil.
Dolların məzənnəsi oktyabrın ortalarından etibarən artır. Kommersiya banklarında dolların satış məzənnəsi 1,80 manatı keçir. “Qara bazar”da satış məzənnəsi 1 dollar üçün 2 manata yaxındır.
Əvvəlki məqaləAzərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb
Növbəti məqalədəAraq əvəzinə losyon içənlər ölüb, 7 nəfər tutulub