Vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan müəssisə rəhbərinin sayı məlum olub

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 23 dekabr tarixinə vergi borcu olduğuna görə 1106 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.