Vergilər naziri özünə yeni müşavir təyin edib

Vergilər naziri Fazil Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib.
Nazirlikdən verilən məlumata görə, bununla da vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb. Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub.
Hazırda Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazirin digər müşaviri – Ələkbər Məmmədova tapşırılıb.