“Xətai” stansiyasının təmirdə olan hissəsi sabah açılacaq

Bakı Metropoliteninin “Xətai” stansiyasının uzun müddətdir təmirdə olan hissəsi sabah istifadəyə veriləcək.
Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədəki səhifəsində yazıb.
Nəsimi Paşayev bildirib ki, “Xətai” stansiyasında yekunlaşan təmirlə və yeni stansiyaların tikintisi ilə bağlı suallara açılış zamanı ətraflı cavab verəcək.
Qeyd edək ki, açılış 23 dekabr saat 11:00-da baş tutacaq.