Xocalı faciəsindən bəhs edən tamaşa İstanbulda göstərildi

Azərbaycan Dövlət Musiqili Teatrında hazırlanan “Adsız qadın” monotamaşasının İstanbul premyerası keçirilib.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub. Mono-tamaşanın ifaçısı aktrisa Kəmalə Kamilqızıdır.
Tamaşada Azərbaycan və türk musiqisindən istifadə olunub.

Tamaşa Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlar var.
Kütləvi səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak ediblər.
Tamaşanın Türkiyənin ayrı-ayrı bölgələrində nümayiş olunması nəzərdə tutulub.