Əhəd Abıyev ürəkgetməsindən danışdı: “Aldığım xəbərdən çox pis sarsıldım”

“Bu gün cənab prezidentin  iştirakı ilə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  mən də iştirak edirdim. Müşavirə bitən kimi telefonuma zəng gəldi. Telefonu açanda aldığım xəbərdən çox pis sarsıldım. Qardaşımın dünyasını dəyişdiyi xəbərini verdilər”.
Bunu Modern.az-a açıqlamasında Daşkəsənin icra başçısı Əhəd Abıyev, Heydər Əliyev Mərkəzindəki konfransda halının pisləşdiyi barədə yayılmış xəbərə aydınlıq gətirərkən deyib. O, bildirib ki, rəhmətə gedən böyük qardaşıdır”.
“Rəhmətə gedən böyük qardaşım İbrahim Abiyevdir. 75 yaşı vardı. Xəstə idi. Bakıda yaşayırdı. Dəfn etmək üçün rayona aparıblar. İndi qardaşımın dəfninə gedirəm”.
Əhəd Abıyevin halının pisləşdiyi barədə ilk xəbəri bakipost.az yaymışdı.