2016-cə ildə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ötən il 1 milyon 523 min 75 nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.
Gürcüstanın Milli Turizm Administrasiyasından bildiriblər ki, bu, 2015-ci illə müqayisədə 129 min 818 nəfər və yaxud 9,3 faiz çoxdur. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər sırasında birinci yerdədir. İkinci yerdə Ermənistan, üçüncü yerdə Türkiyə, dördüncü yerdə isə Rusiya gəlir.
Administrasiyanın məlumatında qeyd olunur ki, 2014-cü ildə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı 1 milyon 283 min 214 nəfər, 2015-ci ildə isə 1 milyon 393 min 257 nəfər olub.