ABŞ-da kilsədə kütləvi qətl törədən şəxs edam ediləcək

ABŞ-da kilsədə kütləvi qətl törədən şəxs ölüm cəzasına məhkum edilib.
“Reuters”ə istinadən verilən xəbərə görə, Cənubi Karolina ştatındakı Çarlston şəhərində baş tutan prisyajnılar məhkəməsi üç saatlıq müzakirələrdən sonra kilsədə 9 qaradərili amerikalını qətlə yetirən  22 yaşlı Dilan Ruf  barəsində ölüm hökmü çıxarıb.
İrqi nifrət zəminində törədilən cinayət 2015-ci ilin iyunun 17-də baş verib.