ABŞ İran donanmasına atəş açdı

ABŞ-lı səlahiyyətlilərin verdiyi məlumata görə ABŞ donanması İran İnqilab keşikçiləri Ordusuna aid dörd gəmiyə xəbərdarlıq atəşi açıb.
İran İnqilab keşikçiləri Ordusuna aid gəmilər dünən Hörmüz boğazında ABŞ donanmasına aid gəmilərə 800 metrə yaxın bir məsafəyə gəldiyi üçün qısa müddətdə gərginlik yaşanıb.
Şəxsiyyətləri gizli tutulan ABŞ-lı səlahiyyətlilərin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, ABŞ donanmasına bağlı USS Mahan, əvvəlcə İran donanmasıyla radio əlaqəsi qurub. Gəmilərin xəbərdarlığa cavab verməməsindən sonra, bu dəfə USS Mahan-dan və donanmaya aid vertolyotdan duman işarəsi atılıb.
Ancaq USS Mahan və ona yoldaşlıq edən digər döyüş gəmilərinə 800 metrə yaxın məsafədə olan İran gəmiləri istiqamətini dəyişdirməyib. Nəticədə ABŞ İrana 3 dəfə xəbərdarlıq atəşi açıb.