ABŞ senatorları Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər

ABŞ-ın senatorları prezident seçkilərinin gedişinə müdaxiləylə əlaqədar çərşənbə axşamı Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər.
Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, respublikaçı Con Makkeyn, həmçinin demokratlardan Ben Kardin və Robert Menendes belə niyyətlərinin olduğunu bildiriblər.
Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və Milli Təhlükəsizlik Bürosu növbəti dəfə Amerikada prezident seçkilərinə müdaxilə ilə bağlı yanvarın 6-da məruzə yayıblar. Sənədə əsasən Rusiya kiberhücmda ittiham edilir.
Lakin təhlükəsizlik orqanları kəşfiyyat məxfiliyinə istinad edərək hər hansı sübutları verməkdən imtina ediblər.