ABŞ: “Şimali Koreyadan gələ biləcək raketi vurmağa hazırıq”

Amerika Birləşmiş Ştatları Müdafiə naziri Ash Carter Şimali Koreyanın nüvə silahına sahib olmasının və ballistik raket müdafiə sistemlərinin ölkəsi üçün ciddi təhdid olduğunu söyləyib.
ABŞ-ı hədəf ala biləcək raketi vurmağa hazır olduqlarını ifadə edən Carter bu vəziyyətin müttəfiqləri üçün də etibarlı olduğunu qeyd edib.
NBC televiziyasına müsahibə verən Carter, hər cür tədbirin alındığını vurğulayıb:
“Nüvə silahları və ballistik raket müdafiə sistemləri bizim üçün çox ciddi təhdiddir. Onlardan bir addım qabaqda olmağa cəhd edirik və öndə olduğumuzu da hesab edirik. Koreya adasını, oradakı müttəfiqlərimizi və maraqlarımızı da müdafiə etməyə hazırıq”.
“Euronews” xəbər verir ki, Şimali Koreya rəhbərliyindən verilən açıqlamada, Dövlət Başçısı Kim Jong Un tərəfindən təyin olunacaq hər hansı bir yer və zamanda qitələrarası ballistik raketin sınaqdan keçiriləcəyi bildirilib.