Almaniya vergidən 301,8 milyard avro gəlir gözləyir

Avropanın ən böyük iqtisadiyyatı Almaniyada hökumət bu il 301,8 milyard avro məbləğində vergi gəliri hədəfləyərkən, vergi gəlirlərinin 2018-2020-ci illər ərzində 339,4 milyard avroya çatması planlaşdırılır.
Anadolu Agentliyinin Almaniya Maliyyə Nazirliyindən əldə etdiyi məlumatlara görə, federal hökumət xərcləri 2017-ci il üçün 328,7 milyard avro olaraq təyin olunarkən, rəqəmin 2020-ci ildə 349,3 milyard avroya çıxması nəzərdə tutulur.
Almaniya xüsusilə böyüməyi gücləndirən siyasət sahələrindəki xərcləri daha da artırmağı planlaşdırır.
Məlumatlara görə, keçən il 31,5 milyard avro olan investisiya xərcləri 2017-ci ildə 33,3 milyard avroya, 21,1 milyard avro olan təhsil və araşdırma xərcləri isə 22,7 milyard avroya yüksələcək.
Xərclərlə bərabər ölkənin vergi gəlirlərində də artım yaşaması gözlənilir. Bu il üçün 301,8 milyard avro vergi gəliri hədəfləyən Almaniya, vergi gəlirlərini 2020-ci ilə qədər gedərək artırmağı hədəfləyir.
Vergi gəlirlərinin 2018-ci ildə 13,7 milyard avro artaraq 315,5 milyard avroya, 2019-cu il üçün də 12,4 milyard avroluq artımla 327,9 milyard avroya yüksəlməsi gözlənilir. 2020-ci ildə isə vergi gəlirlərinin 11,5 milyard avro artaraq 339,4 milyard avroya çatması nəzərdə tutulur.
Bu arada, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) açıqladığı son məlumatlara görə, Almaniyada ümumi vergi gəlirlərinin ÜDM-ə nisbəti 36,9 % səviyyəsində yer alır. Almaniya söz mövzusu nisbətlə 34,3 % olan OECD ortalamasının üzərində iştirak edir.
Xatırladaq ki, Almaniyada hökumət növbəti 3 il üçün əlavə borc yaratmadan bərabər büdcə siyasətinə davam etmə qərarı aldığını açıqlamışdı.