AŞPA Monitorinq Komitəsinin məruzəçiləri Bakıya gələcəklər

AŞPA Monitorinq Komitəsinin məruzəçiləri – deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) yanvarın 12-14-də Azərbaycanda olacaqlar.
Səfərdə məqsəd ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir. Bu barədə AŞPA-nin mətbuat xidməti məlumat yayıb.
Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü  (ESI)”  beynəlxalq QHT tərəfindən “Kürü diplomatiyası-2” sənədinin açıqlanması fonunda həyata keçirilir. Sənəddə AŞPA-da Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri tərəfindən assambleya üzvlərinin ələ alınmasına dair faktlar yer alıb.
Rəsmi Bakı bu ittihamları şərh etməyib.
MƏNBƏcontact.az
Əvvəlki məqaləFaiq Əmirlinin həbs müddəti uzadıldı
Növbəti məqalədəŞəhid Çingiz Qurbanovun meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib