Avstriya Almaniya sərhədini açmaq istəmir

Avstriya Daxili İşlər naziri Wolfgang Subotka miqrant axınının ardından başlanan pasport yoxlanışının davam etməsinin tərəfdarı olduğunu söyləyib.
“Die Welt” nəşrinə müsahibə verən Subotka, Vyananın 2015-ci ilin sentyabrından tətbiq edilən sərhəd nəzarəti ilə bağlı, “Avropa Birliyi xarici sərhədlərini qoruya bilmədiyi müddətdə biz ölkəmiz üçün tədbirlər görəcəyik. Daxili təhlükəsizliyimiz üçün ölkəyə kimin gəldiyini bilmək əhəmiyyətlidir. Risk alacaq vəziyyətimiz yoxdur”, – deyə bildirib.
“Sputnik” xəbər verir ki, Şengenə dönüş ilə, bütün Avropanın sərhədlərin qorunması probleminə həll yolu tapmasının mümkün olduğunu ifadə edən Subotka, “Bunun fevraldan əvvəl baş verəcəyini düşünmürəm”, deyə bildirib.
Sərhəddə nəzarətin fevral ayından sonra da uzadılmasını istəyən tək ölkənin Avstriya olmadığını vurğulayan Subotka qeyd edib ki, bir çox avropalı həmkarı da mövzuyla əlaqədar eyni fikirləri söyləyir.