Azər Qasımlı İran məsələsi ilə bağlı prokurorluqda dindirilir

Azər Qasımlı
Yanvarın 27-də REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. 
Bu barədə Abzas.net-ə REAL-ın icra katibi Natiq Cəfərli mlumat verib. İcra katibinin bildirdiyinə görə, hazırda Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.
Xatırlatma
Yanvarın 27-də hökumətyönümlü haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub. Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur. Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, REAL-la bağlı araşdırmaya başladıqlarını bildirib.