Azərbaycan kosmosa ikinci peykini buraxır

Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.
Bu barədə   “Azərkosmos” ASC-dən məlumat verilib.
İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.
ASC-nin məlumatına görə, ikinci geostasionar peyk “Azerspace 1”-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.
Qeyd edək ki, “Azerspace 1” 2013-cü ilin fevral ayında orbitə buraxılıb.