Bağlanan 10 bankın əmanətçilərinə 722 milyon manata yaxın kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən yanvarın 9-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 083 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96,6%-dən artıq) çox kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 291 min manatdan artıq kompensasiya ödənilib.
Həmçinin “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan çox kompensasiya ödənilib.
Bundan başqa, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 276 min manatdan artıq kompensasiya verilib.
Yanvarın 9-da QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 433 milyon 988 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.
Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 721 milyon 800 min manatdan çox kompensasiya ödənilib.