Bakıda biznes mərkəzində atışma baş verib, ölən var

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.
Hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.