Bakıda yaşayış binasında baş verən yanğın panikaya səbəb olub – [Videolar]

Mətbuat prospektindəki 5 mərtəbəli binalardan birində elektrik bloku (şit) yanıb.
Abzas-ın məlumatına görə, hadisə yerinə dərhal yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub. Binada, öz mənzilində olan bəzi sakinlərin qorxu dolu anlar yaşadığı bu hadisə kiçik partlayışlarla müşayiət olunsa da, yanğın itkisiz söndürülüb.