Belarus Avropa və Amerika üçün vizasız rejim elan edir

Belarus prezidenti Aleksandr LukaşenkoAvropa İttifaqı və Birləşmiş Ştatlar da daxil 80 dövlətin vətəndaşlarına ölkədə vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalayıb.
“Xarici vətandaşlar üçün Belarusa vizasız giriş və çıxış qaydası haqqında fərman” bir aydan sonra qüvvəyə minəcək.
Xəbər verilir ki, bu hüquqdan ölkəyə yalnız Minsk hava limanından gələnlər istifadə edə biləcəklər.
Yeni qaydalar xarici vətandaşlara Belarusda vizasız olaraq yalnız 5 gün qalmaq hüququ verir.
Lukaşenkonun mətbuat xidməti bildirib ki, vizasız rejim ölkəyə bizneslərin və turizmin cəlb olunmasına xidmət edəcək.
Məlumatda deyilir ki, yeni qaydalar Minskdən Rusiyaya uçmağı planlaşdıranlara şamil edilmir.
Öz növbəsindəə beşgünlük vizasız rejimdən Belarusa Rusiya şəhərlərindən gələnlər də istifadə edə bilməzlər.
Bundan əvvəl Belarusa 1 illik viza avropalılara 150 avroya başa gəlirdi.
2017-ci ildən vizanın qiyməti 60 avroya endirilib. Belarus hökuməti 2016-cı ildən başlayaraq xaricilərə Polşa ilə Belarusu birləşdirən Avqustov kanalına, Qrodno şəhəri və Qrodno vilayətinə baş çəkən xaricilərə vizasız gəliş hüququ vermişdi.
Lukaşenko: ABŞ-sız normal xarici siyasət ola bilməz
Belarusa vizasız səfər rejimindən Avropanın 39 ölkəsi, habelə Braziliya, İndoneziya, ABŞ və Yaponiya vətəndaşlatırı istifadə edə biləcəklər.
Vizasız gəliş-gediş qaydaları qonaqlardan üstlərində günə 20 avro hesabından nəqd pul olmasını tələb edir.
Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Namibiya, Çin və Livan vətəndaşlarının Belarusa vizasız gəlməsi üçün onlarda Avropa İttifaqının və ya Şengen vizasısının olması tələb edilir.
ABŞ və Avropa İttifaqı ölkələri son illərdə Belarus rəhbərliyinə olan münasibətlərini radikal şəkildə dəyişiblər. Bundan əvvəl “Avropanın ən son diktatoru” adlandırılan Lukaşenko bütün müxalifətçiləri həbsxanalardan azad edib, Ukraynanın şərqindəki münaqişədə isə vasitəçilik missiyasını öz üzərinə götürüb.
Avropa İttifaqı 2016-cı ilin fevralından Belarus üzərindəki bütün sanksiyaları ləğv edib.
Əksinə, ABŞ 2016-cı ilin iyununda Lukaşenko barəsində sanksiyaları daha 10 il müddətinə uzadıb. Buna baxmayaraq Belarus lideri Vaşinqtonla yaxşı münasibətlərə can atdığını bildirir.
Lukaşenko deyib ki, “Birləşmiş Ştatlarla normal münasibətlər olmadan tammənalı xarici siyasət ola bilməz”.