“British Airways” Azərbaycandakı nümayəndəliyini bağlayır

Böyük Britaniyanın “British Airways PLC” aviaşirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır.
Bu barədə Trend “Vergilər” qəzetinə istinadən məlumat verib.
Qeyd edək ki, 2016-cı il mayın 1-dən “British Airways” London-Bakı və əks istiqamətdə uçuşları dayandırıb.
London-Bakı-London marşrutu üzrə son uçuş aprelin 29-da həyata keçirilib.