Cənubi Koreyanın prezidentinin rəfiqəsinin qızı həbs edilib

Danimarka polisi Cənubi Koreyanın prezidenti Pak Kın Xenin korrupsiya skandalında yer alan rəfiqəsinin qızını həbs edib. 
Bu barədə Reuters məlumat verir.
Atlet olan Çon Yu Ra, Olborq şəhərində qanunsuz qaldığından dolayı həbs edilib.
Seul prokurorluğundan olan mənbənin bildirdiyinə görə, Cənubi Koreyanın hüquq-mühafizə orqanları Çon Yu Ranın verilməsi üçün Avropa hökumətləri ilə danışıqlar aparacaqlar. Onlar məsələrinin iki-üç həftədə həll olacağını hesab edirlər.
Çon Yu Ra vətənində bir sıra cinayətlərdə şübhəli bilinir. Cənubi Koreya hökuməti alman prokurorluğuna onun yeri və maliyyə aktivləri haqqnda sorğu göndərib.
Asiya ölkəsindəki siyasi böhranın səbəbi mediada “qadın Rasputin” ləqəbini almış Çxve Sun Sildir. O, iki qeyri-kommersiya fonduna pul köçürülməsi üçün onlarla böyük şirkətə təzyiq etməkdə itiham edirilir. Cinayət işində 77,4 mlrd vondan (65,6 mln dollar) söhbət açılır. Prezidentin keçmiş ikinci köməkçisi Çon Xo Sonq isə prezidentin rəfiqəsinə məxfi məlumatları ötürməktə təqsirləndirilir.
Ölkə parlament dekabrın 9-da Pak Kın Xenin impiçmenti lehinə səs verib. Konstitusiya məhkəməsi bu qırarı 180 gün ərzində ya təstiq ya da rədd etməlidir.