Çin valyutası böyük itkiyə məruz qalıb

Çin yuan 2016-cı il ərzində 1994-cü ildən bəri ən böyük itki verərək əsas Asiya valyutaları arasında ən zəif nəticəni göstərib.
8,5 il ərzində ən aşağı səviyyəyə enmiş yuan 2016-cı ildə dollara nəzərən təqribən 7 faiz dəyər itirib.
2016-cı ildə Çinin iqtisadi artımının zəifləməsi ilə bağlı narahatlıq yuanın dəyər itirməsinə yol açıb. Bu yaxınlarda isə yuan güclənməkdə olan dolların təzyiqinə məruz qalıb. Dolların güclənməsi kapitalın bir çox bazarlardan çıxmasına yol açıb.
Cümə günü birjaların açılmasından öncə Çin Xalq Bankı yuanın məzənnəsini 6,9370 dollar müəyyən etmişdi. Bu, bir gün öncəki məzənnədən (6,9497) xeyli fərqlidir.
Dolların altı digər valyutaya nəzərən gücünü müəyyən edən ölçü (.DXY) iki həftə ərzində özünün ən aşağı həddinə düşüb. Bu göstərici əvvəlcə 101,99 həddinə enib, daha sonra 102,47-yə yüksəlib.
Yuanın məzənnəsinin dəyişməsindən sonra son iki ay ərzində Çin hökuməti ölkədən kapital axınına nəzarəti gücləndirməyə yönəlik addımlar atıb.
Yuanın ölkə daxilindəki məzənnəsi 6,9755 dollar, ölkə xaricindəki məzənnəsi isə bundan 0,37 faiz az olub.