Collina FİFA Hakimlər Departamentinə sədr təyin olunub

Sabiq referi Pierluigi Collina’ya yeni vəzifə verilib.
Qol.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, FİFA Hakim Departamentinə sədrlik edəcək. P.Collina ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.
Eyni zamanda UEFA Hakim Komitəsində də  çalışan Collina 6 dəfə (1998 – 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.  O, 2005-ci ildə hakimlik karyerasını başa vurub.