Dolların rəsmi məzənnəsi 1.90-ı keçdi

Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan məzənnəsini açıqlayıb.
Abzas xəbər verir ki, 26.01.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,9068 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.
Yanvarın 25-də USD/AZN məzənnəsi 1,8559 manat səviyyəsində olub.