Dünya çempionatında 48 komanda iştirak edəcək

FIFA 2026-cı ildən etibarən futbol üzrə Dünya Kuboku yarışlarının final mərhələsində 48 yığmanın iştirak edəcəyi barədə qərar qəbul edib.
Yeni qərara əsasən 2026-cı ildə təşkil olunacaq dünya çempionatına 16 qrupda 3 komanda olmaqla 48 ölkə qatılacaq.
2018-ci il dünya çempionatında 5,5 milyard dollar olacaq yayım və sponsor gəlirlərinin 80 oyunluq 48 komanda formatında 6,5 milyard dollaradək artacağı gözlənilir