Gürcüstanda qədim şəhər tapılıb

Arxeoloqlar Gürcüstanın şərqində, Kaxetiya ərazisində 2,5 hektar ərazisi olan qədim şəhər tapıblar. Bu barədə ölkənin Mədəni İrsin müdafiəsi agentliyi özünün facebook səhifəsində məlumat vermişdir. 
Qədim şəhər Sinqxan rayonundadır. Tikintisində xam kərpicdən istifadə olunmuşdur. Tikililərin divarlarının qalınlığı 1-1,2 metr təşkil edir. Divarlarda yanğın izləri vardır.
Tikililərin bəziləri dairəvi formaya sahibir. Şəhərdə qırmızı gil qab da tapılmışdır.
Hələlik tapıntının hansı dövrə aid olduğu bəlli deyil. Ətraflı araşdırmadan sonra bu barədə məlumat veriləcəkdir.
Bundan əlavə, rayon ərazisində tunc dövrünə aid olan kurqan ta tapılmışdır.