İranın vəfat edən sabiq prezidenti Hashemi Rafsanjani kim olub? [Fotolar]

Yanvarın 7-i ürək tutması ilə xəstəxanaya yerləşdirilən İranın keçmiş prezidenti Ali Akber Hashemi Rafsanjani yanvarın 8-də həmin xəstəxanada vəfat etdi. İranın keçmiş prezidentinin, tanınmış siyasətçisinin, yazıçısının həyat yolunu və fotolarını təqdim edirik: 
25 avqust 1934-cü ildə Rəfsəncanda doğulan Ali Akber Hashemi 1989-97-ci illərdə İran İslam Respublikasının prezidenti olub.
Hashimi kasıb əkinçi ailəsində anadan olub. 1948-ci ildə dini təhsilini davam etdirmək üün şiələrin müqəddən şəhəri Quma gedib. 1958-ci ildə Ruhollah Khomeini-nin müridi olur. Sonra şiələrin ayətullahlıqdan sonrakı ən yüksək ikinci dərəcə olan hüccətülislam mərtəbəsinə yüksəlir. Khomeini kimi o da şah Mohammad Reza Pahlavi-nin modernləşmə proqramına qarşı çıxıb.
Khomeini 1964-cü ildə sürgünə göndəriləndən sonra Rafsanjani ölkədə onun üçün yardım toplayanların öndərliyini üzərinə götürür. 1975-78-ci illər arasında solçu radikallarla əlaqəsi olduğu irəli sürülərək həbs edilib.
Şahın devrilməsindən sonra 1979-cu ildə Khomeini İrana gələndə onun öndə gələn köməkçilərindən biri də Hashimi olub. İslam Respublikası Partiyasının yaradılmasında önəmli rol oynayıb. İnqilab şurasında vəzifə alıb. Sabiq prezident inqilabdan sonra ilk dövrlər daxili işlər naziri olub. 1980-ci ildə parlamentə seçilir və parlamentin spikeri olur. Doqquz il boyunca parlamentə rəhbərlik edən Hashimi zamanla İranın ikinci güclü adamı səviyyəsinə gəlir.
Hashemi Rafsanjani İran-İraq (1980-1988) müharibəzi zamanı da vacib rol oynayır. O, 1988-ci ilin avqust ayında müharibəni bitirən atəşkəsin qəbul edilməsi üçün Khomeini-ni yola gətirir.
1989-ci ilin iyun ayında Khomeini-ninölümündən sonra iyul ayında səs çoxluğu ilə İranın prezidenti seçilir. Daha əvvəl çox da effektiv olmayan icra orqanlarının səlahiyyətlərinin artıraraq gücünü artırır. Praqmatik bir siyasət həyata keçirən prezident mühafizəkar, sərt siyasət tərəfdarı olan islamçılara qarşı da uğur qazanır. İranın beynəlxalq aləmdən təcrid olunmasının qarşısını almağa çalışıb.
Müharibədən çıxan ölkə iqtisadiyyatını canlandırmaq üçün xarici sərmayədən və özəl təşəbbüslərdən faydalanmaq strategiyasına uyğun olaraq Avropa ilə münasibələri yeniləməyə calışır. O, qonşularla, keçmiş SSRİ və ərəb ölkələri ilə normal münasibətlər qurur. Ancaq ABŞ ilə heç münasibət qurmur və bir neçə Qərb ölkəsi ilə məhdud münasibətlər yarada bilir.
1993-cü ildə səsləri azalmasına baxmayaraq yenidən prezident seçilir. 1997-ci ildə isə seçkiyə qatılmır. 2005-ci ildə yenidən seçkilərə qatılır və prezident seçkilərində birinci turda daha çox səs toplamağına baxmayaraq ikinci turda Tehranın meri olmuş Mahmoud Ahmadinejad-a məğlub olur.
Hashemi Rafsanjani azad bazar pozisiyasını dəstəkləyirdi. 1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub. Onun 5 övladı – 3 oğlu və 2 qızı var idi. Qızı Faezeh Hashemi Bahraman hazırda İran parlamentinin üzvüdür.
Rafsanjani son olaraq Ekspertlər Şurasının sədri idi. Hansı ki, bu qurum İranın Ali Dini Liderini seçmək səlahiyyətinə də malikdir. Keçmiş prezident ürək problemi ilə bağlı 7 dekabrda xəstəxanaya yerləşdirilmişdi, dekabrın 8-də isə 82 yaşında vəfat etdi.

Ayatollah Ruhollah Khomeini (sağda) Ali Akbar Hashemi Rafsanjani (solda) İnqilabdan sonra yeni hökumət elan olunur. (Photo: Jacques Dejean/Sygma via Getty Images)
2011-ci il, Hashemi Rafsanjani Ekspertlər Şurasının sədri (EPA/ABEDIN TAHERKENAREH)
Solda İranın indiki prezidenti Rouhani və sağda Rafsanjani