İtaliyada qar uçqunu altında qalmış oteldə ölənlərin sayı 18-ə çatıb

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  bu barədə Peskara əyalətinin prefekturasından bildirilib.
Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib.  Xilasedicilər qarın altından  11 nəfəri xilas edə bilib, daha 11 itkin düşmüş hesab olunur.