Mehman Hüseynov oğurlanıb?

Tanınmış bloqqer Mehman Hüseynovdan bir neçə saatdı xəbər yoxdur. Bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb. 
Buna da baxın: Mehman Hüseynova qarşı təxribat törədilib
Mehman Hüseynovun dostları bildirir ki, bir neçə saat onlardan ayrılıb, başqa bir dostu ilə görüşməyə gedib, amma sonra aydın olub ki, həmin dostu ilə də görüşməyib. Onların dediyinə görə, artıq 4 saatdır Mehman Hüseynovdan xəbər yoxdur.
Buna da baxın: Mehman Hüseynov: “Xalqa xidmət etməlisiniz, amma gördüyünüz işin adı oğurluqdur”
Mehman Hüseynovun telefonuna zəng çatmır. Sosial şəbəkələrdə də bir neçə saat əvvəl onlayn olub.