Meksikada etirazlar nəzarətdən çıxıb, yüzlərlə mağaza qarət edilib

Meksikada Benzin bahalaşmasına etiraz olaraq kütləvi aksiyalar nəzarətdən çıxıb.
Ölkədə yüzlərlə mağazanın kütləvi qarət edildiyi bildirilir.
Azı 300 mağazanın qarət edildiyi, 250-dən çox adamın saxlandığı bildirilir.
Reuters agentliyi mağazaların necə qarət edilməsini göstərən video yayıb.
Camaat oyuncaqdan tutmuş mebelədək əllərinə keçən hər şey bir an içində talan edib.
Həmçinin ölkə boyu etiraz aksiyalarının davam etdiyi bildirilir.
Buna səbəb hökumətin yanvarın 1-dən benzinin qiymətini regionlardan aslı olaraq 14-20 faiz artırması olub.