“Nazirlər Kabinetinin qərarı QHT-lər üçün qanunverici məhdudiyyətləri aradan qaldırmayıb”

“Sivil Toplum Platforması” (STP) yanvarın 11-də Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarların) qeydiyyata alınması qaydaları”na dəyişikliklər edilməsi haqda qərarı ilə bağlı qiymətləndirmə sənədi yayıb.
STP yeniliklərin  qrantların qeydiyyatı yolundakı maneələrin aradan qaldırılmasına yönəlməsinə dair fikirlərin  əsassız olduğunu göstərir.
Turan-ın məlumatına görə, STP qeyd edir ki, əslində bu dəyişikliklər 2013-2014-cü illərdə qrantlar haqqında qanunvericiliyə edilən 18 müxtəlif məhdudlaşdırıcı normanı aradan qaldırmır.
Azərbaycan Konstitusiyasının 147-ci maddəsinə əsasən Nazirlər Kabinetinin qərarları prezident fərmanları və qanunlardan aşağı hüquqi qüvvəyə malikdir və qanunların icrasının tənzimlənməsinə yönəlib.
Nazirlər Kabinetinin qərarları qanunlardakı məhdudlaşdırıcı normaları dəyişdirmək və ya hansısa formada yumşaltmaq gücünə malik deyil.
Sonra STP 2013-cü ilin dekabr ayından başlayaraq qanunvericiliyə edilən düzəlişlərin qüvvədə  qaldığını qeyd edir ki, bunlar da QHT-lərin normal fəaliyyətini,  onların hər hansı bir mənbədən qrant və ianələr şəklində vəsait almasını məhdudlaşdırır.
Beləliklə Nazirlər Kabinetinin qərarı aşağıdakı məhdudiyyətləri ləğv etməyib:
1)   Qrantların və ianələrin qeydiyyatı üçün normalar qalır;
2)   Qrant və əlavə müqavilələrin surətlərinin yox, əslinin təqdim edilməsi ilə bağlı tələb qalır;
3)   Qrant müqaviləsi ilə yanaşı qrant layihəsinin imzalanmış əslinin  (bəzən 100 səhifədən çox ola bilər) qeydiyyat təqdim olunması tələbi qalır;
4)    Qrant və ianələrin qeydiyyatı haqda bildirişin  verilməsinə dair norma qüvvədə qalır;
5)    Qrantlar  və ianələr üzrə bank əməliyyatlarının aparılması üçün bildiriş təqdim edilməsi qüvvədə qalır;
6)    bank köçürməsi yolu ilə 200 manatdan yuxarı qrantın və ya ianənin təqdim edilməsinin vacibliyi haqda norma qüvvədə qalır;
7)    Qrant müqaviləsində nəzərdə tutulan subqrantın ayrıca qeydiyyatı qüvvədə qalır;
8)     Ölkədəki donorların rezident kimi (nümayəndəliklərin qeydiyyatı) qeydiyyatı tələbi qüvvədə qalır;
9)   ölkədə qeydiyyat üçün donorların  hökumət ilə sazişi imzalamasının şərtləri qüvvədə qalır;
10)  Nizamnamələrdə əsas məqsədinin xeyriyyəçilik olduğu açıqlanan və ya qrantların predmeti ola biləcək proqramları həyat keçirən donorlar ancaq donor kimi qeydiyyatdan keçə bilər;
11) Qrantların verilməsi üçün donorların ayrıca qeydiyyatdan keçməsilə bağlı tələb qalır;
12)  Hər qrantın elan edilməsi zamanı donorlar ayrıca qeydiyyatdan keçməlidir;
13)  Donorlar qrantların verilməsi üçün hər dəfə Maliyyə Nazirliyindən bu layihənin məqsədəuyğunluğu barədə rəy almalıdır;
14)  Qrantalan tərəfindən qrantın qeydiyyatı tələbi qüvvədə qalır;
15)  Qrantların məbləği, müddəti, məqsədində dəyişiklik olduğu hallarda qrant və subqrant müqavilələrinin təkrar qeydiyyatı qüvvədə qalır;
16) Qeydiyyata alınmayan qrantlar üzrə bank və ya digər əməliyyatlara görə hüquqi məsuliyyət qüvvədə qalır;
17)  Xarici mənbələrdən əldə edilmiş vəsaitlərin hesabına QHT-lərin göstərdiyi xidmətlər haqqında müqavilələrin qeydiyyatı tələbi qüvvədə qalır;
18)  Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarların) qeydiyyata alınması qaydaları” haqda 5 iyun 2015-ci il 216 saylı qərarı qüvvədə qalır;
19)  Nazirlər Kabinetinin “Xarici donorların Azərbaycan Respublikası ərazisində qrantların verilməsi hüququ əldə etməsi haqda qaydaları” haqda  22 oktyabr 2015-ci il qərarı qüvvədə qalır;
20)  21 oktyabr 2015-ci il tarixli qərar ilə təsdiqlənmiş  “QHT-lərdən, eləcə də filiallardan və xarici QHT nümayəndəliklərindən ianə alan və ianə verən şəxslər haqqında məlumatın təqdim olunması qaydaları” qüvvədə qalır.
21) Nazirlər Kabinetinin 21 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Xarici vəsaitlərin hesabına QHT-lər, filiallar və xarici QHT nümayəndəliklərinin göstərdiyi xidmətlər haqqında müqavilələrin qeydiyyatı qaydaları” qüvvədə qalır.
22)  Donorlar və resepientlər üçün böyük inzibati cərimələr (15000 manatadək)  qüvvədə qalır.
STP hesab edir ki, bu qədər çox məhdudlaşdırıcı qaydanı qanunvericilikdən
çıxarmadan QHT-lərin fəaliyyəti üçün hüquqi mühiti dəyişdirmək olmaz.
Bundan əlavə, Nazirlər Kabinetinin qrantların qeydiyyatı qaydalarına etdiyi dəyişikliklərdə çatışmazlıqlar var.
Əsasən 1.10-cu maddədə deyilir: “Əgər qrant müqaviləsinin (qərarın) predmeti kimi xidmətlərin göstərilməsi və ya işlərin yerinə yetirilməsi göstərilirsə, bu müqavilə xidmətlər haqqında müqavilə kimi qeydiyyatdan keçə bilər”.
Bu norma qeydiyyatı aparan orqana normanı özbaşına təfsir etməyə və qrant müqaviləsini xidmətlər haqqında müqavilə kimi təsnif  etməyə imkan verir.
Belə olan halda istifadə olunan vəsaitə sadələşdirilmiş vergi yox, ƏDV tətbiq edilir.
Beləliklə, qrantın  əsas hissəsindən təyinatı üzrə istifadə edilməyəcək, büdcəyə yönəldiləcək.
Nazirlər Kabinetinin yanvarın 11-də təsdiqlədiyi qaydalara 6 saylı əlavədə deyilir ki, qrantların qeydiyyatı üzrə bildirişin verilməsi ləğv olunur. Əslində isə bildirişin verilməsi praktikası yox, 6 saylı əlavə üzrə bildiriş ləğv edilir.
Praktikada qeydiyyatı aparan orqan qrantalana bəyan etməlidir ki, o, bildiriş verməlidir. Ancaq Nazirlər Kabineti bildirişin köhnə formasını ləğv edib, yenisini isə təsdiqləməyib. Bu səbəbdən bildirişin verilməsi yubadılacaq.
Belə hal bundan öncə də olmuşdu. Belə ki, 2014-cü ilin iyulunda qrantların qeydiyyatı qaydaları ləğv edilmişdi, 2015-ci ilin iyun ayınadək yeni qaydalar qəbul edilməmişdi. Ədliyyə Naziriyi qaydaların olmaması bəhanəsilə heç bir qrant müqaviləsini qeydiyyata almamışdı.
Bundan əlavə, Maliyyə Nazirliyinin rəyinin təqdim olunmasının vacibliyini nəzərə alaraq, qrantların qeydiyyatı prosesi iki ay yubadıla bilər.
Beləliklə, Nazirlər Kabinetinin təsdiqlədiyi yeniliklər QHT-lərin fəaliyyəti üçün şəraitin yaxşılaşdırılmasına səbəb olmayacaq.
STP hakimiyyəti QHT-lər haqqında qanunvericilikdə ciddi islahatlar aparmağa və mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırır.