Papa Trump-ı etikaya riayət etməyə çağırıb

Roma Papası Francis Avropada populizm təhlükəsindən danışıb.
İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Papa avropalıları populizmdən qaçmağa, 30-cu illərin səhvlərini təkrarlamamağa çağırıb. O, “böhran qorxu yaradır”, “böhran olan yerdə sağlam düşüncə, idrak olmur” deyib. Populizmin ən pis nümunəsi kimi 1933-cü ilin Almaniyasını xatırladıb.
Roma Papası həm də ABŞ-ın yeni prezidenti Donald Trump-la bağlı bir neçə söz deyib. O, D.Trump-ı etik dəyərlərə əməl etməyə, yoxsulların və səfillərin qeydinə qalmağa çağırıb. Papa yeni prezident haqda fikir söyləməkdən ötrü hələ onu müşahidə edəcəyini deyib. Öncədən sevinməyin, yaxud qorxmağınağılsızlıq olduğunu bildirib.