Richard Hoagland ABŞ-ın “Minsk Qrupu”ndakı yeni həmsədridir

Vaşinqton ümid edir ki, bu yaxınlarda təyin edilmiş ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Richard Hoagland Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanması üçün özünün zəngin diplomatik təcrübəsindən istifadə edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində Hoagland ilə bağlı bildirib.
Bundan öncə ABŞ-ın Ermənistanda və Azərbaycandakı səfirlikləri Richard Hoagland-ın Minsk Qrupunun müvəqqəti həmsədri təyin edildiyini bəyan ediblər. Əvvəlki həmsədr Ceyms Uorlik dekabrın 31-də istefa verib.