Səngəçalda təkrar partlayış olub

Səngəçal qəsəbəsində 5 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yenidən partlayış olduğu, qaz xəttində baş verən yanğının söndürüldüyü bildirilir.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hadisənin bu gün – yanvarın 2-si saat 7 radələrində kəmərin eyni yerində baş verdiyi bildirilir. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər yayıb. Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb, tam söndürülməsindən ötrü tədbirlər davam etdirilir.
Qeyd edək ki, dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.