“SOCAR dünyanın bir çox ölkəsinə 18 mlrd. dollar investisiya yatırır”

“Azərbaycan və SOCAR dünyanın bir çox ölkəsinə investisiyalar yatırır. 18 mlrd. dollarlıq investisiya ilə Türkiyə ilk sıradadır. İndiyədək bu proqramın 9,5 mlrd. dollarlıq hissəsi həyata keçirilib”.
“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, qalan hissə isə qarşıdakı illərdə yatırılacaq və 2020-ci ildə tamamlanacaq: “4-5 illik deyil, uzun müddət bu ölkədə olacağıq. Türkiyə lirəsi və Azərbaycan manatının ucuzlaşması planlarımıza təsir göstərəcək amillər deyil”.