Soyuq hava Avropada 23 nəfərin ölümünə səbəb oldu

Avropa daxilində soyuq hava səbəbindən ən az 23 nəfərin öldüyü bildirilir.
Polşa bu ilki ən soyuq günlərini yaşayır. Termometr bəzi bölgələrdə mənfi 27 dərəcəni göstərib. Təsirli olan soyuq hava səbəbindən son iki gündə həyatını itirənlərin sayı 12-yə çatıb.
NTV-nin xəbərinə görə, Almaniyada da bu qış ən soyuq gün yaşanıb. Bavariyada hava istiliyi mənfi 26 dərəcə olaraq ölçülüb. İtaliyada 7, Çexiyanın paytaxtı Praqada 2, Bolqarıstanda isə 2 nəfər şaxtadan təsirlənərək ölüb.
Mütəxəssislər havanın bu tərzdə soyumasında “Alex” alçaq təzyiqinin təsirli olduğunu ifadə edib. İstiliklərin növbəti günlərdə nisbətən artacağı bildirilir.