Trump müsəlman ölkələrindən olan miqrantlara dair fərman imzalayacaq

ABŞ prezidenti Donald Trump’ın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.
Məlumata görə, Trump’ın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.
Ekspertlərin məlumatına görə, fərmanlarda İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.
Əvvəlki məqaləBMT İsrailin Qərb Sahilində 2500 ev tikmək planlarını qınayır
Növbəti məqalədəAzərbaycan korrupsiyada Cibuti, Sierra Leone, Laos və Hondurasla bir sırada