Trump Netanyahunu ABŞ-a dəvət edib

ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Benjamin Netanyahunu fevralda Vaşinqtona dəvət edib.
“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Məlumatda bildirilir ki, görüşün dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq. İki ölkə rəsmisi arasında ilk telefon danışığı Trump’ın inauqurasiyasından sonra baş tutub.
Bundan əvvəl isə İsrailin Fələstinlə ikitərəfli danışıqlara razılıq verdiyi məlum olub. Qeyd edək ki, Trump hələ prezident səlahiyyətlərinin icrasına başlamazdan əvvəl BMT-nin İsraillə bağlı son qətnaməsini kəskin tənqid edib.