“Türk Hava Yolları” bütün reysləri ləğv edib

“Türk Hava Yolları” (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.
Bu barədə THY-nin rəhbəri Bilal Ekşi açıqlama verib.
Xatırladaq ki, İstanbulda davam edən qarlı hava şəraiti təkcə hava nəqliyyatını deyil, eyni zamanda bərə nəqliyyatını da dayandırıb.