Türkiyədə polis məktəblərində keçirilən əməliyyat nəticəsində 70 nəfər həbs olunub

Türkiyədə polis məktəblərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində 70 nəfər həbs olunub.
“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar polis məktəblərində FETÖ üzvlərinə rəhbərlik (ağabəyilik) ediblər.
Həbs olunanların 27-si təhlükəsizlik qurumunun əməkdaşıdır.
Məlumata görə, əməliyyat ölkənin 41 əyalətində eyni vaxtda keçirilib.