Valyuta hərracı bitdi, dollar yenə rekord qırdı

25 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.
Abzas.net Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, sonuncu hərracda dollar manata qarşı bahalaşaraq 1,8559 səviyyəsində müəyyən olunmuşdu. Beləliklə, dollar manat qarşısında daha 2,6% bahalaşıb.
Fins.az-ın araşdırmasına görə, banklar ABŞ valyutasının satış məzənnəsini  kəskin artırıb.
Tam siyahı isə belədir:
Banklar Səhərki məzənnə İndiki məzənnə
Unibank 1.9000 1.9700
Bank Respublika 1.9100 1.9500
NBC 1.9000 1.9200
AFB Bank 1.9000 1.9200
Bank of Baku 1.9300 1.9500
Nikoil 1.9200 1.9500
Turanbank 1.8950 1.9350
Muğanbank 1.9200 1.9700
Azərbaycan Sənaye Bankı 1.9100 1.9700
Rabitəbank 1.9150 1.9400