Venesuela prezidenti postunu “tərk edib”

Venesuelanın müxalifət tərəfindən idarə olunan Milli Asambleyası, ölkə prezidenti Nicolas Maduronun postunu “tərk etdiyini” elan edib. 
Bu barədə El Nacional məlumat verib. Millət vəkilləri Konstuitusiyanın 233-cü maddəsi çərçivəsində hərəkət edərək hazırlanmış qətnaməni səsverməyə çıxarıblar. Müvafiq qətnamənin lehinə 163 deputatdan 106-sı səs verib. İqtidaryönlü millət vəkilləri isə zalı tərk ediblər.
Sənəddə Maduronun öz səlahiyyətlərinin icrasından yayındığı üçün öz postunu “tərk etmiş” hesab olunduğu qeyd olunur. İqtidaryönlü qüvvələr parlamentin bənzər qərar verməyə haqqı olmadığını iddia edir.
Müxalif millət vəkillərinin fikrincə isə ölkə başçısı ölkədəki iqtisadi və sosial böhrana görə məsuliyyət daşıyır, bu vəziyyətdən çıxmağı hədəf almış Milli Asambleyanın işinə maneəçilik törədir.
Qeyd edək ki, Venesueladakı son parlament seçkilərindən sonra müxalif millət vəkillərinin çox yer alması ilə yaranan siyasi böhran neft qiymətlərinin düşməsi nəticəsində yaranan iqtisadi böhranın fonunda daha da dərinləşib.