Yəməndə partlayış baş verib, ölən və yaralananlar var

Yəmənin Taiz şəhərində yola basdırılan partlayıcı maddənin işə düşməsi nəticəsində 5 nəfər dünyasını dəyişib.
Ölkənin İnsan Hüquqları Komissiyası spikeri İşraf el-Maktari Anadolu Agentliyi müxbirinə verdiyi açıqlamada, Taiz şəhərinin El-Maafir mahalına bağlı El-Hanaye bölgəsindən gəlməkdə olan yük maşınının keçişi əsnasında yola döşənmiş partlayıcının işə düşdüyünü ifadə edib.
Yük maşınında vətəndaşların olduğunu qeyd edən Maktari, söz mövzusu partlamada 5 nəfərin öldüyünü və yaralıların olduğunu söyləyib.